Erməni vandalları işğal altındakı torpaqlarımızdakı tarixi abidə və məzarlıqlarımızın çoxunu yerlə-yeksən ediblər. Ancaq bəzi qədim məbədlərimizi  erməni xristian abidələri kimi saxtalaşdırmaqla saxlayıblar. Şuşada, Ağdamdakı bir neçə məscidimizi isə dünyaya özlərini tolerant xalq kimi göstərmək, həm də qonşu ölkəyə yarınmaq məqsədi ilə İran məscidləri adı ilə təmir edirlər. Məlumatlara görə, işğalçılar məzarlıqlarımızda  qəbirləri çoxunu dağıtsalar da, seyid türbələrinə toxunmayıblar. O  yerlərin yaşlı sakinləri deyirlər ki, ermənilər o vaxtlar da seyidlərdən ehtiyat edirmiş. Hətta aralarında gecələr gizlincə seyid türbələrinə gəlib dua edən, nəzir qoyanlar da varmış…
Moderator.az Mirkazım Laçın Alxaslı adlı istifadəçinin “You Tube” kanalına istinadla məlumat verir ki, Laçın rayonunun Minkənd kəndinin  qəbiristanlığında Seyid Fərman ağanın türbəsi salamat qalıb. Bu haqda video-görüntüləri təqdim edirik.
Xatırladaq ki,  işğal altındakı torpaqlarımızda  daha çox seyid ziyarətgahları  Laçın və Kəlbəcər  rayonlarında olub.
Onlar əsasən bunlardır:
Laçın rayonunda:
Alı Xəlifə ocağı -Böyük Seyidlər kəndi.
Hacı seyid İbrahim ağa ziyarətgahı – Böyük Seyidlər kəndi
Seyid Hüseyn ağa ziyarətgahı – Böyük Seyidlər kəndi.
Seyid Cabbar ağa ziyarətgahı – Molla Əhmədli kəndi.
Seyid Fərman ağa ziyarətgahı -Minkənd kəndi.
Seyid Sadıq (Qara Seyid) ağa ziyarətgahı -Qovuşuq kəndi.
Hacı İbrahim ağa ziyarətgahı – Piçənis kəndi.
Kəlbəcər rayonunda:
Seyid Əlabbas ağa ziyarətgahı – Başlıbel yaylağı.
Seyid Əsədulla ziyarətgahı -Söyüdlü yaylağı  və s.
Sultan Laçın

https://youtu.be/fknutWSQ1ew

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here