Bizimsesimiz.info  // Rusiya Xarici İşlər naziri Sergey Lavrov Birləşmiş Millətlər TəşkilatınınTəhlükəsizlik Şurasının islahatlara ehtiyacı olduğunu və bu barədə olan çağırışları dəstəklədiklərini bildirdi.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Afrika səfəri çərçivəsində  Efiopiyada Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Məhəmmədlə görüşdü.

Lavrov görüşdən sonra keçirilən mətbuat konfransında Afrika İttifaqının BMT Təhlükəsizlik Şurasına ünvanladığı islahat çağırışına dəstək verdiklərini, bu məsələ ilə bağlı müxtəlif alternativləri düşünməyə hazır olduqlarını qeyd etdi.

Lavrov Şurada Afrika qitəsinin təmsil edilməsinin mümkün olduğunu ifadə edərək:””Bizim prioritetimiz Afrikada inkişaf etməkdə olan ölkələrin BMT Təhlükəsizlik Şurasında iştirakını təmin etməkdir” dedi.

Komissiya sədri Məhəmməd isə 1.2 milyard əhalisi olan Afrikanın BMT Təhlükəsizlik Şurasında daimi təmsil haqqından məhrum olmasının ədalətli olmadığına, BMT-də müzakirə olunan məsələlərin çoxunun Afrika ilə bağlı olduğuna diqqət çəkdi.

Məhəmməd Rusiyanın Afrikanın qanuni tələbinə dəstək verdiyini, Afrikanın BMT TŞ-də daimi təmsil haqqı tələbi istiqamətində bir irəliləyişin olmadığını qeyd etdi.

Qeyd edək ki, Böyük britaniya, Çin, Fransa, Rusiya və Amerika Birləşmiş Ştatları BMT TŞ-nın daimi üzvüdürlər və qəbul edilən qərarlara veto qoymaq hüququna malikdirlər.  10 üzv ölkə isə iki il müddətinə seçilir.
 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here