Bizimsesimiz.info // “Sea Breeze” istirahət mərkəzində “Jara-2017” Beynəlxalq Musiqi Festivalının ikinci gününün konserti start götürüb. Konsertdən əvvəl müğənnilər qırmızı xalı üzərindən keçərək jurnalistlərin suallarını cavablandırıb, festivalın ilk günü ilə bağlı təəssüratlarını bölüşüblər.

Festivalın fəxri qonaqları sırasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olub.
Festivalın ikinci günü SSRİ Xalq Artisti Sofiya Rotarunun yubileyinə həsr olunması “Jara”nın hərarətini daha da artırıb. Bakıya ən çox sevilən mahnıları ilə gələn ukraynalı müğənni tamaşaçıları Azərbaycan dilində salamlayıb və ilk olaraq məşhur “Çervona ruta” mahnısını oxuyub.
O, yubiley gecəsinin Bakıda, bu qonaqpərvər şəhərdə keçirilməsindən çox məmnun olduğunu bildirərək deyib ki, artıq səhnəyə çıxmasının 45 ili tamam olur. Yaşına gəldikdə isə, tamaşaçı alqışı ona yeni ruh verir.
Daha sonra Sofiya Rotaru bacısı Aureliya ilə birlikdə “Melanxoliye” mahnısını səsləndirib.
Polad Bülbüloğlu tamaşaçıları “Qorod moy Baku” mahnısı ilə salamlayaraq Sofiya Rotaruya yubileyi münasibətilə təbriklərini çatdırıb, festivalın müxtəlif xalqları bir araya gətirdiyini, musiqinin sərhəd tanımadığını vurğulayaraq, “Gəl, ey səhər” mahnısını ifa edib.

Sonra Qlyukoza Sofiya Rotarunun “Luna, luna” mahnısını oxuyub. Konsert proqramını Potap və Nastya, Nastya Zadorojnaya, Valeriya, Аlekseyev, Ani Lorak, Artik & Asti, Slava, “Vremya i Steklo”, İrina Dubtsova, Jasmin, Timur Rodrigez, MBAND qrupu, LOBODA, Lev Leşşenko davam etdiriblər. Çoxsaylı tamaşaçılara məşhur müğənninin repertuarından ən populyar hitlər və onunla birgə ifalar təqdim olunub.
Festivalın fəxri qonaqları sırasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olub.
Xatırladaq ki, bu gün festival çərçivəsində daha bir unudulmaz gün yaşanacaq. “Jara”nın üçüncü günü musiqisevərləri dünyaca məşhur estrada ulduzu Alla Puqaçova ilə maraqlı görüş gözləyir. Həmin gün səhnəni Alla Puqaçova ilə birgə digər tanınmış ifaçılar – Filip Kirkorov, A’Studio, LOBODA, EMİN, Valeri Meladze, Ani Lorak, Dima Bilan, Layma Vaykule, Kristina Orbakayte, Diana Arbenina, Aleksandr Panayotov, Slava, Aleksandr Revva, Vladimir Presnyakov, Fabrika, Albina Canabayeva, Maksim Qalkin, Qlyukoza, Alessandro Safina, Stas Mixaylov, Oleq Qazmanov, Dmitri Malikov, Anjelika Aqurbaş, Darya Antonyuk və başqaları bölüşəcəklər.
Festival iyulun 30-da Qriqori Lepsin yaradıcılıq gecəsi ilə başa çatacaq. (moderator.az)

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here