Bizimsesimiz.info // İsrailin Müdafiə naziri Liberman “İranın Suriya və Livanda güclənməsinə icazə vərməyəcəklərini” söyləyib.

İsrailin dövlət radiosunun xəbərinə görə, Liberman Tel-Əvivdə dövlət rəsmilərinin iştirak etdiyi yığıncaqda etdiyi çıxışda ölkəsinin İranın Suriya və Livanda yaratmağa cəhd göstərdiyi bu yeni mühitə təslim olmayacağını vurğulayıb.

İranın Suriyada yeni bir reallıq ortaya qoymağa cəhd göstərdiyini irəli sürən Liberman “İran İnqilab Keşikçiləri vasitəsilə Suriya ərazilərində hava və dəniz bazaları tikməyə, şiə milislər gücü ilə isə Livanda müasir silahlar istehsal etməyə cəhd göstərir. İsrail bunların qarşısında sakit dayanmacaqdır.”deyib.

İsrailin Baş naziri Netanyahun Rusiyaya reallaşdırdığı səfərdə İran ilə əlaqəli dilə gətirdiyi “təhdidlər”dən sonra Libermanın bu bəyanatı yayması diqqətləri çəkdi.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here