Lionel Messi evləndi

Bizimsesimiz.info // Argentina yığmasının və “Barselona”nın futbolçusu Lionel Messi doğma şəhəri Rosarioda Antonella Rokuçço ilə evlənib.

Toy mərasimində 250 qonaq iştirak edib. Onların arasında Messinin klub yoldaşları Neymar, Luis Suares, müğənni Şakira ilə birgə Jerar Pike, eləcə də Karles Puyol, Serxio Aquero və Qonsalo İquain kimi tanınmış simalar olub.

Qeyd edək ki, Lionel və Antonella toy mərasiminə gələcək qonaqlardan hədiyyə əvəzinə Messinin uşaqlara yardım məqsədilə təsis etdiyi xeyriyyə fonduna ianə etməyi təklif etmişdilər.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.