Livan prezidenti Mişel Aun Beyrut partlayışı barədə danışıb.
Yeniavaz.com “Reuters”ə istinadla xəbər verir ki, Livanın prezidenti Mişel Aun Beyrut partlayışına bomba və ya raketlə hücum ehtimalının olduğunu açıqlayıb: “Səbəb hələ tam müəyyən edilməyib. Səhlənkarlıq və ya qəza olub-olmamasına baxılacaq. Bomba, raket və ya digər vasitələrlə xarici müdaxilə ehtimalı var. Bütün bu məsələlər araşdırılacaq”.
Qeyd edək ki, Livanın paytaxtı Beyrutda baş verən partlayış nəticəsində 140-a yaxın insan vəfat edib, 5000-dən çox insan yaralanıb. Minlərlə insan isə yaşayış yerlərini tərk etmək məcburiyyətində qalıb.
Partlayışın ilkin səbəbi olaraq 2700 ton ammonium nitrat maddəsi göstərilir. Ancaq, raket və bənzəri silah-sursatla kənar müdaxilə istisna edilmir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here