Livanda İsrailə casusluq edən 3 nəfər saxlanılıb
Bizimsesimiz.info // Livan Milli Təhlükəsizlik Qüvvələri İsrailə casusluq etməkdə şübhəli bilinən 3 nəfəri saxlayıb.
Bu haqda Livanın “Əl-Əxbar” qəzeti məlumat yayıb. Qəzetin məlumatında saxlanılan şəxslərin Livanın “Hizbullah” müqavimət hərəkatı haqda kəşfiyyat məlumatlarını İsrail rejiminə ötürməkdə ittiham edildikləri qeyd olunub.
İsrail tərəfindən məsələ ilə bağlı hər hansı açıqlama verilməyib. Qeyd edək ki, Livanda tez-tez İsrailə casusluq edən şəxslər saxlanılır. //eastnews.org