Liviyada uşaqların humanitar yardıma ehtiyacı var
Bizimsesimiz.info // BMT-nin Uşaq Fondu (UNICEF) Liviyadakı yarım milyondan çox uşağın humanitar yardıma ehtiyacı olduğunu bildirdi.
BMT-nin Orta Şərq və Şimali Afrika ölkələri üzrə regional direktoru Geert Cappelaere Liviyaya səfərindən sonra verdiyi bəyanatda ölkədə 550 mindən çox uşağa davam edən münaqişələr, siyasi qeyri-sabitlik və iqtisadi böhran səbəbindən humanitar yardım göstərilməsini tələb edib.
Ən qısa müddətdə liviyalı uşaqlar üçün siyasi bir həllə yolu tapılmasının vacibliyini vurğulayan Cappelaere “Bəzi bölgələrdə zorakılığa görə ailələr evlərini tərk etmək məcburiyyətində qaldılar, istismara məruz qalan 80 mindən çox sığınacaq axtaran uşaq var” deyib.
UNİCEF-in 2011-ci ildən uşaqların ehtiyaclarını ödəmək üçün cəhd göstərdiyini xatırladan Cappelaere keçən il 1,3 milyon uşağın iflic olmasının qarşısını almaq üçün vaksin vurulduğunu söyləyib.
Liviya Muammer Qəddafi dövrünə son qoyan 17 fevral 2011 tarixindəki siyasi sabitlik və rəqib qruplar arasındakı qarşıdurmalara səhnə olur.