London rusiyalı diplomatlara viza vermir

Britaniya rusiyalı diplomatlara viza verməkdən imtina edir.

Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın Londondakı səfiri Aleksandr Yakovenko deyib.

 “Hələlik Britaniya hökuməti tərəfindən qeyri-konstruktiv mövqe görürük. Bu mövqe üzündən səfirliyimizin fəaliyyəti çətinləşib”, – deyə o vurğulayıb.

Diplomat bildirib ki, hazırda səfirlikdə 10-dək əməkdaş qalıb. O hesab edir ki, bu cür durumun yaranması Britaniya hökumətinin məqsədyönlü siyasətinin nəticəsidir.

Qeyd edək ki, mart ayında Britaniya hökumətinin tələbi ilə rusiyalı diplomatların bir hissəsi ölkədən çıxarılıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir