Bizimsesimiz.info // Ölənlərin sayı 7 nəfərə çatıb

İŞİD Londonda törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

İstiPress xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. İyunun 4-ə keçən gecə  “London-Bric” körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb. Daha sonra bıçaqla silahlanmış şəxslər  insanlara hücum edərək xəsarətlər yetiriblər. Hadisə nəticəsində 7 nəfər ölüb, 48 nəfər xəsarət alıb. London polisi hücumlar törətməkdə şübhəli bilinən üç şəxsi məhv edib. Böyük Britaniya hökuməti hadisəni terror aktı kimi qiymətləndirib. İnsidentlə əlaqədar 12 nəfər saxlanılıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here