Bizimsesimiz.info // Lüksemburq xarici işlər naziri Jan Asselborn fələstinlilərin də dövlət qurmaq haqqına sahib olduğunu bildirib.

Almaniyanın “Süddeutsche Zeitung” qəzetinə İsrail-Fələstin münaqişəsinə dair açıqlamalar verən Asselborn “Avropalılar kimi fələstinlilərin də dövlət qurmaq haqqına sahib olduğunu göstərməliyik”, – deyib.

Fransanın Fələstini dövlət kimi tanıyacağı halda aralarında Lüksemburqun olduğu digər ölkələrin də onu təqib edəcəyini vurğulayan Asselborn hələ Avropa İttifaqı (Aİ) ölkələrində məsələyə dair ortaq mövqe olmadığını qeyd edib. Asselborn Aİ ölkələrinin vahid xətdə olmamasının Aİ-nin Yaxın Şərqdə fəal siyasət aparmasını mümkünsüz etdiyi qiymətləndirməsini aparıb. //eastnews.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here