Lütfi Zadənin adını daşıyan xüsusi qızılgül sortu yetişdirilib – VİDEO

Azərbaycanda dünya şöhrətli alim Lütfi Zadənin adını daşıyan xüsusi qızılgül sortu yetişdirilib.

Xezerxeber.az məlumat verir ki, gümüşü-çəhrayı rəngdə olan və bənövşəyi çalarları ilə seçilən gül professor Lütfi Zadənin adını daşıyır.

Seleksiya üsuli ilə əldə edilən gül tamamilə yeni və yerli sortdur. Bu gülü 5 il ərzində ərsəyə gətirən Mərkəzi Nəbatət Bağının çiçəkçilik labaratoriyasının rəhbəri Asəf İsgəndərov bildirir ki, gülə bu ad hələ Lütfi Zadənin sağlığında qoyulub və onun özünün də bundan xəbəri olub.

Bundan başqa Azərbayacnın digər elm xadimləri və tanınmış şəxslərin adına da Mərkəzi Nəbatət Bağında qızılgül sortları yetişdirilib.

Asəf İsgəndərov bildirir ki, son günlər hava isti keçdiyindən bütün qızıl güllərdə solğunluq və kiçilmə müşahidə edilir.

Alimin sözlərinə görə, Lütfi Zadə gül sortunun patentinin alınması üçün hazırlıq işləri görülür. Bundan sonra maraqlı olan təsərrüfatlar bu gülü yetişdirərək həm yerli, həm də xarici bazarlarda kütləvi satışını həyata keçirə bilərlər.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir