21-ci əsrin əvvəllərində inkişaf edən texnologiya və onun bir parçası olan sosial media platformaları, ilk başda məsum, xeyirxah cildə girərək, insanlar arasında rahat ünsiyyəti hədəfləyən vasitələr kimi təqdim olunsalar da, əsil məqsəd, insanların “nəfəslərini belə hiss edəcək qədər” dərin idi. Və nəticədə 10-15 il ərzində dünyada nəhəng istifadəçi kütləsi qazandıqdan sonra, son zamanlarda gerçək üzlərini ortaya qoyaraq “diqtə edən” tərəf olmağa başladılar.

Qlobal güclərin virtual silahı olan Facebook, Instagram, Twitter kimi sosial media platformaları, artıq dünyadakı proseslərə yön verməyə və “evə qapadıqları” toplumları tək mərkəzdən idarə etməyə can atırlar. WhatsApp tətbiqinin bir neçə gün öncə açıqladığı qərar da, bu diqtənin nəticəsidir ki, bununla, insanlardan – bu vaxtadək onsuz da depolanan şəxsi məlumatlarının – bundan sonra Facebook’a ötürülməsi, istifadəsi, paylaşılması haqqında “rəsmi razılıq” vermələri tələb olunur. Etiraz edənlər üçün isə WhatsApp qadağan olunur. Maraqlısı isə budur ki, “boykot riskini” gözə alan WhatsApp, bu qərarı Avropa Birliyi ölkələrinə şamil etməyib.

Bəs çıxış yolu nədir? Müsəlmanlar olaraq belə bir vəziyyətdə nə etməliyik? Çıxış yolunu bizə yenə də Peyğəmbərimiz (s.a.v) göstərir. Onların diqtəsindən və təhdidlərindən qurtulmaq üçün – əgər varsa – özümüzün olana yönəlmək, onu inkişaf etdirmək, yoxdursa, əhl-i küfrə qarşı daha yaxşı alternativlər ortaya qoymaq məcburiyyətindəyik. Allah Rəsulunun (s.a.v) qurduğu “Mədinə bazarı” örnəyi buna misaldır.

Belə ki, Peyğəmbərimiz (s.a.v) Mədinəyə hicrət etdiyi zaman, oradakı ticarət və ən önəmli bazarlar yəhudilərin əlində idi. Bu bazarlarda hər şeyi onlar idarə edir, qiymətləri onlar müəyyənləşdirir, künc-bucaqdakı yerləri isə digər insanlara kiralayaraq onları sömürür, istənilən halda qazanclı çıxırdılar. Bunu görən Allah Rəsulu (s.a.v), səhabələrlə istişarə edərək yəhudi bazarlarına alternativ olaraq bir bazar yaratmağa qərar verir.

Bunun üçün ilk qurulan böyük çadır yəhudilər tərəfindən gecə vaxtı yandırılır. Bu durum qarşısında Allah Rəsulu (s.a.v) təbəssüm edərkən, səhabələr təəccüblənirlər. Bu təbəssümün səbəbini soruşduqda isə, Peyğəmbərimiz (s.a.v) buyurur: “Etdiyimiz iş, yəhudiləri çox əsəbləşdirdi. Şübhə yoxdur ki, biz çox doğru bir yoldayıq.” Daha sonra böyük bir ərazi satın alaraq burada Müsəlmanlara məxsus bir bazar inşa etdirir. Bütün Müsəlman tacirlər bu bazara dəvət olunur. Bazardakı ticarət yerləri üçün Müsəlman tacirlərdən kira haqqı alınmır və bu səbəbdən də bazarda satılan mallar yəhudi bazarlarından çox daha ucuz olur. Belə olunca da Mədinə əhalisi alış-veriş üçün Allah Rəsulunun (s.a.v) qurduğu, Müsəlmanlara məxsus bazara axışır və beləliklə, Müsəlmanlar, qısa bir müddətdə Mədinədəki ticarətə hakim olurlar.

İbrət alacağımız onlarla hadisədən sadəcə biridir Mədinə bazarı… O gün, bu gündür. Müsəlmanlar, imperializmə qarşı hər bir sahədə Peyğəmbərimizin (s.a.v) yolunu izləməlidirlər. Necə ki, bir neçə ay öncə “Bayraktar” ilə kafirin başını əzdik, günümüzdəki informasiya savaşında da, eləcə də bizə faydası ola biləcək hər bir sahədə əhl-i küfrə qarşı özümüzə məxsus olan alternativlər üzərində çalışmalı və ortaya qoymalıyıq. Hələ də gec deyil.

WhatsApp məsələsinə gəlincə, bu şirkətin diqtəsinə qarşı Müsəlmanlara məxsus olan bir neçə tətbiq mövcuddur ki, “Turkcell”in 100% türk mütəxəssisləri tərəfində hazırlanan və 2013-cü ildə iOS və Android istifadəçiləri üçün istifadəyə verdiyi, ölkəmizdə də istifadəsi mümkün olan “Bip”i misal göstərə bilərik ki, bu tətbiq, təkcə son 24 saat ərzində 1 milyon 124 min yeni istifadəçi tərəfindən endirilmişdir. Tətbiqi endirmək və haqqındakı suallara cavab tapmaq üçün “bip(nöqtə)com” saytına nəzər sala bilərsiniz.

İslama Dəvət

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here