Bizimsesimiz.info // İran İslam Respublikasında İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) həyatından bəhs edən “Məhəmməd – Allahın Rəsulu” filminin ikinci və üçüncü hissələrinin ekranlaşdırılması planlaşdırılır.

SalamNews-un “Tabnak” saytına istinadən verdiyi xəbərə görə, bu barədə filmin təşkilati işlərini öhdəsinə götürən “Nurtaban” şirkətinin rəhbəri Məhəmməd Rza Sabiri deyib. Onun sözlərinə görə, filmin növbəti hissələri çəkilərsə, Məcid Məcidi yenə də filmin rejissoru olacaq. Lakin çəkilişlərin başlaması filmin dünya bazarında pərdəyə çıxması prosesinin tamamilə bitməsindən asılıdır.

“Tabnak” saytı isə mütəxəssislərin bu planla razı olmadığını yazır. Belə ki, onların fikrincə, filmin birinci hissəsinin uğursuz alınması, sərf olunmuş büdcənin geri qayıtmaması növbəti hissələrinin çəkilişinin ya ləğv olunmasına, ya da əsaslı islahatların aparılmasına zərurət yaradır.

“Film dünya bazarında uğur əldə edə bilmədi. Bunun əsas səbəbi ssenarinin axıcı və dinamik olmaması, filmdə tanınmış simaların yer almaması idi. Müsəlman olmayanlar, islam tarixindən yetərli məlumatı olmayanlar bu filmdən lazımi mesajı ala bilməzdilər. Ümid edirik, növbəti hissələrin çəkilişlərində bu səhvlər təkrar edilməyəcək”, – deyə portalın yazısında qeyd olunur.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here