Məkkə və Mədinədə foto və video çəkilişi qadağan olundu

Bizimsesimiz.info // Səudiyyə Ərəbistanı krallığı yeni qadağaları təsdiqləyib.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi ibadətlərin daha da sağlam yerinə yetirilməsi üçün qüvvəyə minən qadağaya zidd rəftar edənləri sərt cəzalandıracaq. Foto və video çəkən cihazları müsadirə ediləcək.

Bundan sonra yeni qərara əsasən, “Məscidul-Həram”və Peyğəmbər məscidində foto və video çəkmək mümkün olmayacaq.

Səudiyyə Ərəbistanı krallığı Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, Məkkədə yerləşən “Məscidul-Həram” və Mədinədəki Peyğəmbər məscidinin içində və bu ibadətgahların tədris korpusuna aid açıq və qapalı yerlərdə foto və video çəkilişi qanunla qadağandır.   Qeyd olunub ki, bu tədbir müqəddəs məkanların qorunması məqsədilə icra olunur.

Xatırladaq ki, bir neçə gün öncə “Times of Israel” nəşrinin yazarı Ben Tzion Səudiyyə Ərəbistanına səfər edərək müqəddəs Peyğəmbər məscidinə daxil olub. O, məsciddə şəkil çəkdirərərk şəxsi sosial şəbəkə hesbında paylaşmışdı. // eastnews.org

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.