Nazirlər Kabinetinin “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 11 iyul tarixli qərarı dəyişdirilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara görə, “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”na əlavə – “Dövlət qulluğu üzrə müraciət Forması”nda dəyişikliklər edilib.

Dəyişikliklə bu məzmunda 2.4-cü bənd əlavə olunub:

“2.4. fərdi identifikasiya nömrəsi (FİN) ____________”.

Sənədin 14-cü hissəsi isə ləğv edilib.

Qeyd edək ki, əvvəlki qərarın 14-cü hissəsində bildirilirdi ki, müvafiq orqan Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim olunmuş namizədlərin dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmamasını yoxlayır.

16-cı hissəyə “qayınananız” sözündən sonra “qayınlarınız, baldızlarınız” sözləri, “Doğulduğu tarix” sözlərindən sonra “(gün, ay, il)” sözləri əlavə edilib.

Bundan əvvəlki qərarda isə yalnız ata, ana, qardaşlar, bacılar, ər, arvad, uşaqlar, qayınata və qayınana haqqında məlumat vermək tələb olunurdu.(oxu.az)

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here