Bizimsesimiz.info // Azərbaycanda son bir neçə ay ərzində həyata keçirilən kadr və struktur islahatları məmur korpusunun hərəkətə gətirib. Söhbət iri akulaların sıradan çıxarılması ilə paralel, orta səviyyəli məmurların da oyundankənar duruma düşmə təhlükəsidir. Məsələn nəqliyyat naziri Ziya Məmmədovun bu gün kənarda qalması o deməkdir ki, yüzlərlə orta səviyyəli məmurun, bir neçə icra hakimiyyəti başçısının da taleyi tükdən aslı vəziyyətdədir. Bu səbəbdən iri akulaların üz-üzə gəlməsi və yaranmış şəraitdən maksimum yararlanma cəhdi qaçılmazdır. Artıq informasiya portallarında aparılan monitorinqlər də sübut edir ki, yazılan yazıların 60 faizdən çoxu hansısa məmurlara həsr olunur. Sözsüz ki, söhbət kompromat yazılarından gedir. Bu yazıların yazılamsı üçün isə informasiya elə yuxarı dairələrin özlərindən çıxır. Belə mühit dəfələrlə Azərbaycanda yaranmışdı və nəticə də bir neçə nazir və yaxın çevrəsi oyundan çıxarılmışdı. Bundan başqa hazırda daha çox kapitala nəzarət etmək üzərində də savaş başlayıb. Ötən illərdə kompromat savaşları daha çox siyasi yüklü idisə, hazırda bu savaşın kökündə biznes maraqları dayanır ki, bu da daha təhlükəlidir. Güman etmək olar ki, sentyabr, oktyabr aylarında bu savaş daha da dərinləşəcək. // 10may.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here