“Mən Putindən soruşdum, o “etməmişəm” dedi”- D.Tramp
Bizimsesimiz.info // Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp Rusiyanın ABŞ seçkilərinə müdaxilə etdiyi iddiaları ilə bağlı deyib: “Mən Putindən bizim seçkilərə müdaxilə edib-etmədiyini təkrar soruşdum, o “etməmişəm” dedi. Əgər Putin belə deyirsə, demək, etməmişdir”.
Bu sözləri D.Tramp Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Sammiti çərçivəsində Vyetnamın Da Nanq şəhərində jurnalistlərin suallarını cavablandırarkən söyləyib. Daha sonra ABŞ prezidenti deyib: “Burada Putinlə bu məsələni müzakirə etmirik. Onun Suriya və Ukrayna məsələlərilə bağlı işləməyi üstün tuturam. Rusiya ilə yaxşı münasibətlərə malik olmaq əhəmiyyətlidir. Putinlə Suriya ilə bağlı birgə hərəkətlə bağlı mətn hazırlayıb imzaladıq. Onunla bir neçə qısa söhbətimiz oldu. Suriya ilə bağlı qərarlarımız insanların həyatını xilas edəcək, sevinəcəklər.”
Vyetnamdakı mətbuat konfransında Şimali Koreya ilə bağlı verilən suala isə Tramp belə cavab verib: “Milyonların həyatından bəhs edirik. Bu, uşaq oyuncağı deyil. Əgər Rusiya və Çin Şimali Koreya məsələsində bizə yardım etsə, bu məsələ daha tez həll edilmiş olar”.
Vyetnamın Da Nanq şəhərində keçirilən Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Sammitindən sonra ABŞ prezidenti ölkənin paytaxtı Hanoya gedib. Ayın 12-də D.Tramp Asiya turunun son dayanacağı olan Filippinə keçəcək.
tid 637959 pid 1332842 pid1332842 kaletra ingredients Prices of pntv url priligy uk Most women who have a family history of breast cancer do not go on to develop breast cancer, regardless of whether they take HRT or not