Yaroslav Semyonov Sumqayıt haqda Rekordlar Kitabına düşə bilən qədər -40-a yaxınmahnı bəstələyib

Həvəskar bəstəkar -müğənni Yaroslav Semyonov Bizimsesimiz.info xəbər verir ki,onu xüsusi təqdim etməyə ehtiyac yoxdur, çünki  internetdə Sumqayıtla,Azərbaycanla bağlı  onun adına çox rast gəlmək olur. Rusiyanın Kareliya Respublikasının Kostomukşa şəhərinin  63  yaşlı sakini Yaroslav Semyonov Azərbaycanda,Sumqayıtda  doğulub və 22 yaşınacan Gənclik şəhərində yaşayıb. Azərbaycanı, adət-ənənələrimizi və musiqimizi çox sevən Y.Semyonov Sumqayıta rekord sayda -40-a yaxın  mahnı bəstələyib. Rusiyada yaşasa da özünü “34-cü kvartal uşağı”  sayır .O, Polad Bülbüloğlunun sənətinin və ifasının vurğunu olduğunu da bildirir. “Xüsusilə də “Gəl, ey səhər” mahnısını çox sevirəm. Azərbaycanı, vətənimi çox sevirəm. Soruşan olanda deyirəm ki, milliyyətcə azərbaycanlıyam”, – Yaroslav deyib. Anası rus,atası isə azərbaycanlıdır. Təqaüdçü olsa da aktiv həyat tərzi keçirir, bir neçə xarici ölkələrə səyahət edib. Yaroslav Semyonov  çox sevdiyi  Sumqayıt  haqda növbəti mahnısını bəstəliyib  və həmin mahnıya klip hazırlayaraq YouTube-da yerləşdirib.

Həmin klipi oxuculara təqdim edirik.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here