Bizimsesimiz.info // İsrailin Məscidi-i Əqsanın Aslanlı darvazası sahəsində namaz qılan camaata, müdaxiləsi nəticəsində, Məscidi-i Əqsa Xatibi Şeyx İkrimə Səbri də yaralanıb.

İsrail hərbçiləri, Məscidi-i Əqsanın qapılarına quraşdırılan elektron axtarma sistemindən etiraz etmək məqsədiylə axşam namazını Arslanlı qapının olduğu hasədə qılan fələstinlilərə müdaxilə ediblər. Hadisə nəticəsində Qüds Yüksək İslam heyətinin rəhbəri və Məscidi-i Əqsa Xatibi Şeyx Səbri yaralanıb.

Bədən xəsarəti alan Şeyx Səbri, işğal altındakı Şərqi Qüdsdə əl-Makasıd xəstəxanasında müalicə altına alınıb. Onun vəziyyət haqında rəsmi açıqlama yoxdur.

Fələstin Qırmızı Aypara təşkilatı hadisədə xeyli sayda Fələstinlinin yaralandığını bildirib. Məlumata görə yaralıların arasında vəziyyəti ağır olanlar da var.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here