“Məscidi-Əqsa”da növbəti toqquşma – İsrail polisi 22 nəfəri yaraladı
Fələstinlilər 1 həftədir “Məscidi-Əqsa”ya girişə qadağa qoyan İsrail əleyhinə aksiya keçirib.
Türkiyənin Anadolu agentliyi xəbər verir ki, məscidin “Əs-Əsbat” qapısı yaxınlığına toplaşan fələstinlilərə İsrail polisləri sərt müdaxilə edib.
Toqquşma zamanı qaz və səs qumbarası atılması nəticəsində 22 fələstinli yaralanıb.
Qeyd edək ki, ötən həftə “Məscidi-Əqsa”da atışma olmuş, 3 fələstinli və 2 İsrail polisi ölmüşdü. Həmin hadisədən sonra İsrail müsəlmanların məscidə girişinə qadağa qoyub.