“Məscidi sökməklə Qarabağ düyününü milli mənafelərimiz baxımından həll edə bilməyəcəyik.”
Bizimsesimiz.info // Doğru Yol Partiyası Qurultaya hazırlıq üzrə təşkilat komitəsinin sədri Kəramət Salayev 31 iyun tarixində Bakı şəhəri Yasamal rayonunda yerləşən XIX əsrə aid tarixi abidə olan “Hacı Cavad” məscidinin sökülməsinə sosial şəbəkədə münasibət bildirib.
“Azərbaycanda tarixi- mədəni və mənəvi abidə olan “Hacı Cavad” məscidi Ramazan ayı bitdikdən sonra ilk Cümə namazı sonrası söküldü. Şiddətlə qınayıram !!!
200 il anti- İslam bir imperiyanın təsiri altında olduğumuzu və bu səbəbdən milli-mənəvi dəyərlərimizin yenidən bərpası üçün Millət olaraq ayağa qalxıb şəhid verərək öz dövlətimizi qurmuşuq. Milli dövlət quruculuğu prosesinin gedişində məscidin sökülməsi hadisəsini mənfi qiymətləndirirəm və etirazımı bildirirəm. Tarix bu gün baş verən anti- milli hadisəyə öz obyektiv qiymətini verəcək.
Dünyada İsamofob dini- mədəni prosesin aparıldığı bir zamanda müsəlman ölkəsində məscidin sökülməsi hər halda ciddi düşündürməlidir hər kəsi. Hesab edirəm ki, ən azı XIX əsrə aid olan tarixi abidə kimi restavrasiya edilib qorunub saxlanmalı idi “Hacı Cavad məscidi”.
Məscidi sökməklə 25 ilə yaxın tarixi olan Qarabağ düyününü milli mənafeyimiz baxımından həll edə bilməyəcəyik.
İnşallah, məscidlərin fəaliyyətinin dayandırlması, sökülməsi prosesinin dayanıb hər bir rayonda, şəhərdə kitabxana, milli mədəniyyət komplekslərinin tikintisi ilə yanaşı məscidlərində tikiləcəyi dönəmin olacağına qəti əminəm.
cialis cost Directions for most generic forms of isotretinoin state that it should be taken with meals