Məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz – Prezident

Bizimsesimiz.info // “Məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz”

Bizimsesimiz.info AZƏRTAC-a istinadla xəbər verir ki, bunu prezident İlham Əliyev İstanbulda keçirilən D-8 sammitində çıxışında deyib.

Azərbaycanın İslam həmrəyliyini xüsusilə əhəmiyyətli saydığını, bu işə öz töhfəsini verdiyini qeyd edən dövlət başçısı 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunduğunu xatırladıb.

“Eyni zamanda, bu il Azərbaycanda 54 müsəlman ölkəsindən gələn 3 minə yaxın idmançının iştirak etdiyi IV İslam Həmrəyliyi Oyunları keçirilib. Biz bu gün dünyada ən ciddi təhlükələrdən biri olan islamofobiyaya qarşı fəal mübarizə aparırıq. Özünü müsəlman ölkələrinin dostu kimi qələmə verməyə çalışan Ermənistan isə Dağlıq Qarabağ və ətraf bölgələrdə məscidləri və dini abidələri dağıdıb. Məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz”, – deyə prezident bildirib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir