Məşhur futbolçu prezident oldu

Bizimsesimiz.info  // 1990-cı illərdə “Monako”, “PSJ” və “Milan” klublarının şərəfini qorumuş məşhur futbolçu Corc Vea Liberiyanın prezidenti seçilib.

Bu barədə Liberiya Milli Seçki Komissiyası məlumat yayıb.

Keçmiş futbolçu ikinci turda böyük səs çoxluğu ilə qalib gəlib.

C.Vea səslərin 61,5 % toplayaraq  rəqibi vitse-prezident Jozef Boakaini üstələyib (38,5 faiz).

Xatırladaq ki, oktyabrda 20 namizədin iştirakı ilə baş tutan birinci mərhələdə heç bir namizəd 50 faiz səddini keçə bilməmişdi.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir