Məşhur kinorejissor Miloş Forman dünyasını dəyişib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə onun meneceri Dennis Aspland açıqlama verib.

Forman daha çox “Qu quşu yuvası üzərindən uçuş”, “Amadey”, “İnsan Ayda” və “Valmon” filmlərinin rejissoru kimi məşhurdur.

O, karyerası boyunca 2 “Oskar” və 3 “Qızıl Qlobus” mükafatı qazanıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here