“Maarifçiliyə Dəvət” İB Şimalda xanım Rüqəyyanın şəhadət gününü qeyd edib

Bizimsesimiz.info // İmam Hüseyn (ə) – nin  azyaşlı qızı xanım Rüqəyyənin şəhadət günü ilə  bağlı ölkənin müxtəlif bölgələrində əzadarlıq məclisləri keçirilir. Həmin məclislərdən biri də,  “Maarifçiliyə dəvət”  İctimai Birliyin şimal rayonları  üzrə nümayəndələri  tərəfindən təşkil edilib.  Təşkilatçıların sözlərinə görə,  əzadarlıq məclisində birliyin üzvləri ilə birgə xeyli sayda dindar iştirak edib.

Əzadarlara Kərbəla müsibətindən, imam Hüseyn və onun tərəfdarlarının qanları bahasına sahibləndikləri zirvədən bəhs edilib.  Eyni zamanda xanım Rüqəyyənin qısa lakin şərafətli ömründən danışılıb.

Sonda birliyin sədri Elçin Manafovun təşəbbüsü ilə ehsan süfrəsi açılıb. //  Hədəf14.az

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir