Maduro: “Mən Stalinə oxşayıram”

Venesuela prezidenti Nikolas Maduro hesab edir ki, onunla İosif Stalin arasında oxşarlıq var. O, belə bir fikirlə yerli “Venezolana de Televisión” telekanalında “Maduro bazar günü” proqramının efirində çıxış edib.

Venesuela prezidenti deyib: “Elə adamlar var ki, məni Karibin Stalini hesab edirlər. Və mən ona oxşayıram. Bir mənə profildən baxın”.

Daha sonra o, əlavə edib: “Bəzən güzgüdə özümə baxır və özümü Stalinə oxşadıram”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir