Bizimsesimiz.info // Venesuela prezidenti Nikolas Maduro Roma Papası Fransiskə müraciət edərək ABŞ-ın hücumunun qarşısını almaqda kömək istəyib.

“Report”un məlumatına görə, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Qoy Roma Papası bizə Trampın Venesuelaya hücumunun qarşısını almaqda və müxallifətlə qarşılıqlı hörmət əsaslanan dialoqun təşkil edilməsinə kömək etsin”, – deyə Maduro Karakasda keçirdiyi mətbuat konfransında bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Venesuelaya hücum edəcəyi ilə hədələyib.

Daha əvvəl Venesuelada ölkə Konstitusiyasına dəyişiklikləri hazırlamaqla məşğul olacaq Milli Müəssislər Məclisinə seçkilər keçirilib. Bu orqanın çağırışı prezidentin təşəbbüsü ilə olub.

Müxalifət Milli Müəssislər Məclisinin referendum yolu ilə çağırılması zəruriliyini əsas gətirərək seçkilərin nəticələrini tanımayıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here