Hind xalqı tərəfindən  “Mahatma” (Böyük Ruh) olaraq yad edilən Qandi 1869-cu ildə dünyaya gəlib. Pasifistsiyasətçi və mütəfəkkir Qandi ingilis müstəmləkəçiliyinə qarşı Hind Milli Hərəkatının 1919-1948-ci illər arasındakı ən mühüm lideri idi.

1869-cu ildə Porbandarda Vaşiya kastasına mənsub ailədə, tacir bir atanın oğlu olaraq həyata gözlərini açan Mohandos Karamçand Mahatma Qandi 12 yaşında evləndirildi. İctimai quruluşun qadağalarına baxmayaraq, İngiltərədə təhsil aldı. 1888-1891-ci illərdə Londonda hüquq ixtisasını bitirdikdən sonra, iki il Bombey və Rakot şəhərlərində vəkil olaraq çalışdı.

1893-1914-cü illər arasında Cənubi Afrikada vəkilliklə məşğul oldu. “Transvaal British-Indian” dərnəyini və “Opinon” qəzetini qurdu. Qandi burada irqçi Aparteid rejiminin irq ayrı-seçkiliyi siyasətinə məruz qalan hindli immiqrant işçilərin hüuqlarının müdafiəçisinə çevrildi. Onları bir yerə yığaraq silahsız, qansız bir qələbə qazandı və “Hind Müstəqillik Qanunu”nu da burada imzaladı.

Qandinin Cənubi Afrikada olduğu illərdə meydana gətirdiyi ideologiyasının əsasını, zülmə qarşı mübarizə, vətəndaş itaətsizliyi, Asiya millətçiliyi, Hinduizm cərəyanının dini mistik elementləri, dinlərə hörmət və s. təşkil edirdi. Zülm, yalan və haqsızlığı eyni şey olaraq görən Qandinin mübarizə prinsipi düşməni məhv etmək deyil, ancaq zəfər qazanmaq idi. O, zülmkarlara qarşı üç silahdan istifadə edirdi. Bunlardan birincisi, onlarla əməkdaşlıq etməmək və onlarla birlikdə işləməmək idi. İkincisi, rəqiblərinə əziyyət verməmək və onlara fiziki ziyan vurmamaq idi. Əgər zalımlara qarşı zalımların üsulları istifadə edilsə, onlardan fərqləri qalmazdı və o hər cür vəhşiliyə qarşı idi. Mübarizə qanunlarının sonuncusu isə lazım olduğu vaxtda rəqiblərinə insani yardımı əsigəməmək idi. Qandi Afrikada mübarizə apararkən, vəba xəstəliyi vaqe olan vaxt o, mübarizəyə ara verdi və ətrafındakıları düşmənlərinə kömək etmək üçün səfərbər etdi.

Qandi və yoldaşları silaha silahla cavab vermədilər, əksinə düşmənləri sevgi ilə, hücumu mərhəmət ilə qarşıladılar. Düşmənləri bu vəziyyət qarşısında nə edəcəklərini bilmədilər, çünki qarşılaşdıqları yeni və qəribə bir mübarizə idi. Bu vəziyyət qarşısında general Smuts: “Hindliləri sevmirəm, lakin sizə qarşı gücsüzəm. Köməyə ehtiyacımız olanda bizə kömək edirsiniz, sizə necə əl qaldıra bilərik? Bizə qarşı silahdan istifadə etsəydiniz, öhdənizdən necə gələ biləcəyimizi görərdiniz, ancaq siz düşməninizə belə əl qaldırmırsınız. Öz-özünüzə işgəncə verərək zəfər qazanmaq istəyirsiniz. Buna görə də sizin qarşınızda gücsüz qalırıq.” deyərək etirafını dilə gətirmişdi.

Passiv (yəni silahdan istifadə etmədən) müqavimət müvəffəqiyyət qazanmışdı. İndi isə növbə eyni işi öz ölkəsində tətbiq etməyə gəlmişdi.

21 ildən sonra, yəni 1915-ci ildə öz ölkəsinə qayıdan Qandini qarşılamağa gələn on minlərlə hindli, həm də onun artıq Hindistan üçün milli bir simvol halına gəldiyinin də isbatı idi. Həmin illərdə Hindistan İngiltərə tərəfindən idarə olunurdu. Hindistan İngiltərədən müstəqillik qazanmaq vədi qarşılığında I Dünya Müharibəsində İngilis qoşununa 985 min əsgər vermişdi. Buna baxmayaraq, müharibə qurtardıqdan sonra verilən vədlər yaddan çıxdı, üstəlik azadlıqlar isə daha da məhdudlaşdırıldı.

Ancaq 1919-cu ildə Amritsarda baş verən qanlı hadisələr sonra Qandi onlara qarşı olaraq cəbhə qurdu və müstəqillik hərəkatının başına keçdi.

Ərəb məhsullarına boykot, vətəndaş itaətsizliyi kimi hərəkətlər həyata keçirən Qandi qiyama və milli qurtuluş üçün döyüşə qarşı çıxırdı. Qan tökülməyəcək, ancaq müstəqilliyə nail olacaqdılar. Hər cür iş və fəaliyyət dayandırıldı. Qandi əl sənətlərinə əsaslanan məhsulların istehsal edilib, satılması üçün çalışırdı. O da daxil olmaqla bir çox adam həbs olundu.

Qandinin cənazəsi
1942-ci ildə ağır xəstələndi. İngilis qubernator onun öləcəyini düşünüb həbsdən azad etdi. Lakin o ölmədi və təkrar müqaviməti təşkilatlandırdı. Aralarındagələcəyin dövlət başçısı olacaq C.Nehrunun da olduğu gəncləri dəstəklədi və ümumi boykot yenidən başlandı. İşğalçılar tərəfindən yenidən həbs olundu. Bir müddət sonra həbsdən çıxdı və təkrar azadlıq mübarizəsinə davam etdi. Bundan sonra o, 30-40-cı illərdə təkrar həbs olundu, ancaq prinsiplərindən və hədəfindən əl çəkmədi. İngiltərə Hindistana muxtariyyət (özünü idarə hüququ) verdi, ancaq 1947-ci ildə Qandi xalqına azadlıq şərbətini içirdi. Ruhundakı ucalıq və nadir rast gəlinən zəkası ilə müasir tarixin ən görkəmli şəxslərindən olan Qandi, siyasi və əxlaqi inanclarının əsasını mənsub olduğu Caynizm dinindən götürürdü. 30 yanvar 1948-ci ildə Yeni Dehlidə radikal-milliyyətçi bir hindli tərəfindən həyata keçirilən sui-qəsd nəticəsində öldürüldü.

Mahatma Qandinin dünyanı necə dəyişə bilərik haqqında verdiyi məsləhətləri sizə təqdim edirik.

1. Özümüzü dəyişmək

«Dünyada görmək istədiyin dəyişiklik ol»

Əgər siz öz fikirlərinizi dəyişsəniz, sizin hissləriniz və hərəkətləriniz də dəyişəcək. Və bunun sayəsində sizi əhatə edən dünya da dəyişəcək.

2. Özünüzü idarə etməyi öyrənin

«Mənim icazəm olmadan, heç kəs mənə ziyan vura bilməz»

Sizin nə hiss etdiyiniz və necə reaksiya verməyiniz yalnız sizin özünüzdən asılıdır. Müxtəlif hadisələrdə özünüzü necə aparmağın «şablonları» mövcud ola bilər, lakin əksər hallarda siz nə fikirləşəcəyinizi və demək olar ki, hər şeyə qarşı nə fikirləşəcəyinizi özünüz seçə bilərsiniz.

Ola bilər ki, siz buna dərhal nail olmadınız və əvvəlki kimi fikirləşmək vərdişi sizi tərk etməsin.

Lakin tədricən siz həqiqətən də heç kəsin sizin hisslərinizi idarə edə bilməyəcəyini anlayacaqsınız. Və bu düşüncə tərzini gündəlik həyatınızda istifadə edə biləcəksiniz.

3. Bağışlayın və unudun

«Zəif olan heç vaxt bağışlamır. Bağışlamaq bacarığı güclü olanın xüsusiyyətidir».

« «Dişə diş» prinsipi bütün dünyanı kor edə bilər ».

Pisə pislik ilə qalib gəlmək olmaz. Siz nəyə necə münasibət göstərəcəyinizi özünüz seçirsiniz.

Əgər siz bağışlamırsınızsa, o zaman öz keçmişinizə və bağışlamadığınız insana sizin hislərinizi idarə etməyə imkan verirsiniz. Bağışlayaraq siz bu zəncirlərdən qurtulacaqınız.

4. Fəaliyyətsiz qalaraq siz heç nəyə nail ola bilməzsiniz

«Öz təcrübənizin bir qramı başqalarının məsləhətlərinin on tonlarından daha dəyərlidir»

Əgər siz heç nə etməsəniz, çətin ki, nəyəsə nail olasınız. Siz fikirləşərək özünüzə təsəlli tapa bilərsiniz. Və yaxud sonsuza qədər oxuyub təhsil alaraq. Və sizə elə gələcək ki, siz irəliləyirsiniz.

Lakin sizin heç bir həqiqi nəticəniz olmayacaq.

Beləliklə, həqiqətən də nəyəsə nail olmaq üçün, özünüzü və öz aləminizi başa düşmək üçün sizə təcrübə lazımdır. Kitablar sizə biliklər verəcəklər. Lakin bacarıqları siz ozünüz qazanmalısınız.

Siz fəaliyyət göstərməli və biliklərinizdən istifadə edərək bacarıqlar əldə etməlisiniz.

5. Bu gün ilə yaşayın


«Mən gələcəyi təxmin etmək istəmirəm. Məni bugünkü gün narahat edir. Tanrı mənə gələcəkdə olacaqları idarə etmək bacarığı verməyib»

Siz bu gününüz ilə yaşasanız, gələcəkdə olacaqlara görə narahatlıq hiss etməyəcəksiniz.  Çünki siz heç bir halda gələcəkdə olacaqları idarə edə bilməzsiniz. Siz keçmişdə yaşadığınız uğursuzluqlarınızdan və ya gələcəkdə baş verəcəklərdən qorxaraq heç nə etməsəniz, uduzacaqsınız.
İndiki zamana köklənin və fəaliyyətinizdə özünüzü ən yaxşı tərəfdən göstərin.

6. Biz sadəcə insanıq

 «Mən adi insan olduğunu bəyan edirəm. Hər bir insana olduğu kimi mənə də yanılmaq məxsusdur. Lakin mən öz səhvlərimi etiraf edə bilirəm»

 «Öz müdrikliyindən  əmin olmaq müdriklik deyil. Ən güclü olanın zəiflik göstərə biləcəyini və ən müdriyin səhv buraxacağını qəbul etmək lazımdır»

Siz hər hansısa insanları ideallaşdırmağa başlayanda, özünüzü onlardan ayırmaqla risk edirsiniz. Sizdə elə bir təəssurat yarana bilər ki, siz onlardan fərqli olaraq, heç vaxt uğur qazana bilməyəcəksiniz, çünki onlardan çox fərqlənirsiniz.

Buna görə bizim hər birimizin həyatda kim olmağımızdan asılı olmayaraq adi insan olduğumuzu unutmaq lazım deyil.

7. İnsanlarda yaxşılıq axtarın və onlara kömək edin

«Mən insanlarda ancaq yaxşılıq axtarıram. Mən özüm də günahsız deyiləm. Və buna görə başqalarının səhvlərinə diqqət yetirməyə haqqımın olmadığını düşünürəm»

Hər bir insanda müsbət və mənfi tərəflər var. Lakin siz hər zaman nəyə diqqət ayıracağınızı seçə bilərsiniz.

Əgər siz müsbət dəyişiklilərə nail olmaq istəyirsinizsə, insanların müsbət tərəflərinə köklənin. Bu sizin həyatınızı yaxşılaşdıracaq, çünki sizin insanlarla münasibətləriniz daha pozitiv və xoş olacaq.

8. Səmimi olun və daim özünüz olun

«Əgər sizin düşüncələriniz, dedikləriniz və etdikləriniz balans təşkil edirsə, bu böyük bir xoşbəxtlikdir»

Siz insanlarla ünsiyyətdə səmimi olmalısınız.

Əgər sizin sözləriniz və hərəkətləriniz düşüncələrinizə uyğundursa, siz daxili rahatlıq tapacaqsınız. Əgər siz həqiqətən də səmimisinizsə, insanlar sizə qulaq asmaq istəyəcəklər. Çünki sizin danışığınızda yalan, ikiüzlülük, ziddiyyət olmayacaq.

Lakin əgər sizin hərəkətləriniz, dedikləriniz düşüncələrinizə uyğun olmayacaqsa, siz uğura nail ola biləcəyinizə inamınızı itirəcəksiniz. Digər insanlar da sizə olan inamını itirəcəklər. Özünüzü aldatmayın.

9. İnkişaf etməyə davam edin

«Daim inkişaf etmək həyatın qanunudur»

Siz hər zaman öz bacarıqlarınızı yaxşılaşdıra, vərdişlərinizi və nəzər nöqtənizi dəyişə bilərsiniz. Siz öz təbiətinizi və sizi əhatə edən aləmi daha dərindən başa düşməyə nail ola bilərsiniz.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here