Makron qonaq olduğu ölkənin prezidentini ələ saldı

Fransa prezidenti Emmanuel Makronun Burkino Fasoya səfəri zamanı mübahisəli açıqlamaları böyük səs-küyə səbəb olub.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Vaqaduqudakı universitetdə çıxış edən Makron zaman-zaman əsəblərinə hakim ola bilməyib və səsini yüksəldib. Fransa və Liviya arasındakı münasibətlər barədə danışan prezident “Qaçaqmalçılar kimdir? Afrikalılardır. Fransızlar yox, afrikalılardır. Mənə Nigeriya və Liviya arasında qaçaqmalçılıqla məşğul olan fransız, belçikalı, alman göstərin. Belə biri yoxdur” deyib və onun bu mövqeyi narazılığa səbəb olub.
Bu açıqlamadan sonra qadın haqqları barədə danışan Emmanuel Makron “6-7-8 uşaq dünyaya gətirən ailələrdə bunun qadının seçimi olduğundan əminsiniz?” deyib. O, Fransanın tikilməkdə olan nüvə stansiyası ilə bağlı planı ilə əlaqədar suala “Sanki mən istismarçı qüvvəyəm. Burkinoda elektrik razılaşması istəmirəm. Bu sizin dövlət rəhbərinizin işidir” cavabını verib.
Açıqlamalardan narahat olduğu təxmin edilən və salonu bir neçə dəqiqəlik tərk edən Burkino Faso prezidenti Rok Mark Kristiana zarafatla “Getmə” deyən Makron daha sonra “Kondisioneri təmir etməyə getdi” deyərək çıxışı ətrafında mübahisələrin daha da artmasına və narazılığa səbəb olub.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.