Malayziya Arakan müsəlmanlarının ölkəyə qəbulu ilə bağlı qəfil qərar verdi

Bizimsesimiz.info // Malaziya Arakanlı müsəlman qaçqınların ölkəyə girişini nəzərdə tutan qərar qəbul edib.

Bizimsesimiz.info xarici mənbələrə istinad edərək bildirir ki, Malayziya hökuməti bundan sonra açıq dənizdə ölkəyə qayıq ilə gələn qaçqınları geri qaytarmayacaqdır. Baxmayaraq ki, Malayziya hökuməti qaçqınlar haqqında Beynəlxaq Konvensiyaya imza atmayıbdır. Bu səbəbdən, arakanlı qaçqınlar qeyri-qanuni immiqrantlar hesab olunurlar.

” – Əslində biz, onları yola davam etmələri üçün lazımi vasitələrlə təmin etməli və geri göndərməliydik. Ancaq nə olur-olsun, humanitar səbələrə görə biz bunu artıq edə bilmərik ” – deyə, Malayziya Dəniz Sərhəd Xidmətinin rəisi Zülkifl Əbu Bəkr bildirmişdir.

Xidmət rəisinin sözlərinə görə, onlar qeyri-qanuni immiqrantların saxlandıqları mərkəzlərdə yerləşdiriləcəklər.

Qeyd etmək lazımdır ki, Malayziyada artıq 100 000-dən çox arakanlı qaçqın yaşayır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir