Malayziya Myanma səfirini Xarici İşlər Nazirliyinə çağırdı
Bizimsesimiz.info // Malayziya Arakan əyalətində baş verən hadisələrlə bağlı narazılığı ifadə etmək üçün Myanma səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
Bu barədə xarici işlər naziri Anifah Aman açıqlama verib.
Açıqlamada əksəriyyəti şimal-qərbdə, Banqladeş sərhədində yaşayan rohingyalı azlıqlar mövzusunu sülh ilə həll etmək üçün Myanma hökumətinin lazımi addım atmadığı bildirilib.
Anifah Aman məsələ ilə bağlı “Bu proseslərin həlli istiqamətində Malayziya hökumətinin rohingyalı azlıqlara qarşı davam etməkdə olan zorakılıq və diskriminasiya hərəkətlərini beynəlxalq təşkilatların gündəminə çıxarmaq fikrindədir”, – deyə bildirib. // sputnik