Malayziyanın müsəlman məktəbində yanğın nəticəsində 25 nəfər ölüb

Bizimsesimiz.info // Malayziyanın paytaxtı Kuala-Lumpurda müsəlman ailələrdən olan uşaqlar üçün nəzərdə tutulmuş məktəbdə yanğın nəticəsində azı 25 nəfər həyatını itirib.

Bizimsesimiz.info “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin şimal-şərqində baş verib.

Ölənlər arasında təhsil müəssisəsinin tələbə və müəllimləri var. Hadisə yerində xilasedici və yanğınsöndürənlər işləyir.