Marqvelaşvili növbəti prezident seçkilərinə qatılmayacaq

Gürcüstan prezidenti Georgi Marqvelaşvili 2018-ci ildə ölkədə keçiriləcək prezident seçkilərində iştirak etməyəcək.

Bununla bağlı Gürcüstan prezidenti özü məlumat verib.

“Prezident olduğum beş il müddətində olduğu kimi, gələcəkdə də ölkəmə xidmət edəcəyəm. Elə vaxt olmayıb ki, elit təbəqəyə və ya hansısa qrupa xidmət edim. Növbəti seçkilərdə iştirak etməyəcəyəm”, – Marqvelaşvili bildirib.

Georgi Marqvelaşvili 2013-cü il oktyabrın 27-də Gürcüstan prezidenti seçilib. Gürcüstanda növbəti prezident seçkiləri bu il oktyabrın 28-də keçiriləcək.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir