Ölkəmizin bütün regionlarında olduğu kimi, Masallı rayonunda da Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir.

Bir neçə gündür ki, rayonda yaşı 50-dən yuxarı olan şəxslərin vaksinasiya prosesinə start verilib.

Vaxtaşırı vaksinasiya prosesinin gedişi ilə yerində maraqlanan Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov martın 18-də növbəti dəfə Mərkəzi Rayon Xəstəxanasına gələrək burada yaradılmış şəraitlə tanış olub.

İcra başçısına məlumat verilib ki, əhalinin COVID-19-a qarşı vaksinasiya prosesinin yüksək mütəşəkkilliklə aparılması məqsədi ilə xəstəxanada bütün zəruri tədbirlər görülüb, bu məqsədlə ayrılmış xüsusi otaqlar TƏBİB-in təlimatlarına uyğun zəruri avadanlıqlarla təchiz edilib.

Daha sonra əhali ilə səmimi söhbət edən İcra başçısı ölkədə pandemiya ilə mübarizə sahəsində görülümüş işlərin cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın də nəzarətində olduğunu bildirib.

İcra başçısı pandemiya ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən vaksinasiya prosesinin vətəndaşların sağlamlığı üçün vacib mərhələ olduğunu qeyd edərək, bu ümumrayon kampaniyasında hər bir vətəndaşı məsuliyyətli olmağa çağırıb.

Vaksin olunan vətəndaşlar koronavirus əleyhinə vaksinin ölkəyə gətirilməsini və əhalinin müxtəlif qrupları üçün əlçatatanlığını təmin etdiyinə görə ölkə başçısı cənab İlham Əlievə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Daha sonra İcra başçısı Şahin Məmmədov xəstəxanada tibb işçilərinin nəzarəti altında COVİD-19 əleyhinə peyvənd olunub.Qeyd edək ki, bu günədək rayon üzrə 13714 nəfərdən çox vətəndaş COVİD-19 əleyhinə peyvənd olunmuşdur.

  

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here