Mavritaniya da Qüds üçün ayağa qalxdı

Bizimsesimiz.info  // Mavritaniyanın paytaxtı Nuakşotda  ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin patyaxtı olaraq tanıma qәrarı ilә bağlı etiraz aksiyaları keçirilib.

Etiraz aksiyasında iştirak edәn qeyri-hökumәt tәşkilatları tәmsilçilәrindәn Mәhәmmәd Qulam Әrәb ölkәlәrinin liderlәrinin Fәlәstin mәsәlәsi ilә bağlı mövqeyinә görә  təəssüf hissi keçirdiyini  bildirib.

Qulam Әrәb ölkәlәrinin üzәrinә düşәn öhdәliyi yerinә yetirmәdiyini ifadә edәrәk xalqlara Qüdsә sahib çıxmaları ilә әlaqәdar çağırış edib.

Qeyd edәk ki, ABŞ prezidenti Donald Tramp dekabrın 6-da Ağ Evdә keçirdiyi mәtbuat konfransında Qüdsü İsrailin paytaxtı olaraq tanıdığını vә ABŞ-ın Tel Әvivdәki sәfirliyinin Qüdsә köçürülmәsi ilә bağlı göstәriş verdiyini açıqlamışdı.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir