Mehman Əliyevin həbsinin girovla əvəz edilməsi üçün məhkəməyə müraciət olundu
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsinin girovla əvəz edilməsi üçün məhkəməyə müraciət olunub.
Bu barərə virtualaz.org saytına vəkil Fuad Ağayev məlumat verib. Vəkilin sözlərinə görə, “Turan”ın direktoru M.Əliyevin barəsində olan həbsin girovla əvəz olunması ilə bağlı məhkəməyə müraciət edib. Müraciət Yasamal Rayon Məhkəməsinə təqdim edilib.
Qeyd edək ki, M. Əliyev 2017-ci il avqustun 24-də şübhəli şəxs qismində saxlanılıb, ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək, Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.