Xəbər verdiyimiz kimi, dünən Meydan TV-nin sosial media meneceri Həbib Müntəzir Feysbuk səhifəsində status yazaraq, “Meydan”ın sosial şəbəkədəki səhifələrinin ələ keçirildiini qeyd etmiş, buna görə özünün məsuliyyət daşıdığını və bu üzdən tutduğu vəzfədən istefa verdiyini bildirmişdi.

Bu gün Həbib Müntəzir daha bir açıqlama ilə çıxış edərək yazıb: “Meydan TV səhifəsi qayıtdı. Bütün aylaşımları siliblər, üstəlik 100.000 izləyicini də. Yenidən toparlanıb qaldığımız yerdən davam edəcəyik. Azərbaycanda insanları məlumatlandırmaq, bacardığımız qədər həqiqətləri çatdırmaq vəzifəmizdir. Mən Meydandayam, sosial media meneceri olmasam da” .

Qeyd edək ki, dünən Meydan TV-nin icraçı direktoru Emin Milli də sosial şəbəkədə yazdığı statusda Facebook səhifələrinin oğurlandığını bildirmişdi.

Musavat.com

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here