Bizimsesimiz.info // Ramazan ayı insanların mənəvi qidalanma ayı kimi qəbul olunur. Təbii ki, insanlar mənəvi qidalarını qəbul etdikləri kimi fiziki bədənlərini də unutmalı deyillər. Belə ki, Ramazan ayında imsak və iftarlar kifayət qədər zəruri olan mövzulardır. İnsanlar imsakda və iftarda hansı qidaları qəbul etdikləri ciddi önəm daşıyır. Əks halda insanlarda immunitet çatışmazlığı müşahidə edilə bilər. Bir çox insanlar imsaka durmadan oruc olurar. Bu cür şəxslər xüsusi ilə ehtiyatlı olmalıdırlar. Əks halda çox ciddi narahatlıqlar yaşaya bilərlər. Eyni zamanda günboyu qida qəbul etməmək təbii ki, insanlarda müəyyən zəiflik yarada bilir. Bu baxımdan həkimlər bəzi qidaların qəbulunda xüsusi ilə israr edirlər.

Həkim mütəxəssis Əfsun Orucova Deyerler.org-la fikirlərini bölüşərkən qeyd edib ki, əsasən kənd təsərrüfatı məhsullarına üstünlük vermək lazımdır: “İnsanlar Ramazan ayında gümrah qalmaları üçün mütləq bol şəkildə meyvə-tərəvəz qəbul etməlidirlər. Göyərtilər mütləq iftarda süfrədə olmalıdır. Göyərtinin tərkibində olan minerallar, vitaminlər bir çox məhsulda yoxdur. Eyni zamanda təzə xiyar, kələm, bibər, pomidor və bu kimi məhsullar süfrədə olmalıdır. Yeməklərə gəldikdə isə əsasən ət yeməkləri qəbul etməlidirlər. Ət yeməkləri də bol şəkildə qəbul edilməməlidir. Eyni zamanda qızardılmış ət yeməklərindən də uzaq olmaq lazımdır”

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here