“Microsoft” şirkəti öz əməkdaşları üçün təbiətdə evlər tikməyə başlayıb.

Bizimsesimiz.info Lent.az-a istinadən məlumat verir ki, bu evlər taxtadan düzəldilib və ağacda yerləşir.

Proqram təminatçısı nəhəngi evlərin tikintisini onunla izah edir: alimlərin araşdırması göstərir ki, təbiətdə olmaq əməkdaşların iş qabiliyyətini və yaradıcılıq imkanlarını artırır.

İstehsalçı artıq iki ev inşa edib, toplantı və konfransların keçirilməsi üçün nəzərdə tutulan otağın inşasını isə yekunlaşdırmaq üzrədir. Bütün tikililəri “Treehouse Masters” televiziya şousunun aparıcısı Pit Nelson layihələndirib. Evlərin yerləşdiyi ərazilər Wi-Fi ilə əhatə olunub, işıq çəkilib, ağacların birində kafe açılıb. Yerdə isə kreslolar düzülüb, qazla işləyən küçə kamini qoyulub, işçiləri günəş və yağışdan qoruyacaq örtük inşa edilib. Aydın havada isə örtüyün üzərində şirkətin loqotipi görünür.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here