Bizimsesimiz.info // Bütün dünya ictimaiyyəti etnik və dini kimliyindən asılı olmadan Qarabağdakı cinayətlərə qarşı etiraz səsini yüksəltməlidir.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva öz Feysbuk hesabında yazıb. O, Barselonada “CRANS MONTANO FORUM” çərçivəsində Beninin, Mərakeş, Malavi və Nigeriyanın rəsmi nümayəndələri ilə görüşdüyünü bildirib. Deputat nümayəndə heyətlərinə Ermənistan ordusunun qətlə yetirdiyi balaca Zəhradan və Ermənistanın azərbaycanlılara qarşı hərbi cinayətlərindən danışıb.

Qeyd edək ki, dünən Füzulinin Alxanlı kəndi Ermənistan ordusu tərəfindən ağır silahlardan atəşə məruz qalıb. Nəticədə iki dinc sakin həlak olub. Həlak olanlardan biri 2 yaşlı qız uşağı Zəhra Quliyevadır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here