“Milli Görüş əxlaq və mənəviyyatı üstün tutan bir görüşdür”- Mərdan Məhəmmədəliyev

Bizimsesimiz.info-nun bu günkü müsahibi  “Doğru Yol” Partiyası Qurultaya Hazırlıq Üzrə Təşkilat Komitəsinin  üzvü,partiyanın sədr müavini  Mərdan Məhəmmədəliyevdir.

-Əvvəlcə  Milli Görüşün nə olması haqda bilgi verməyinizi istərdik ?

-Bütün insanların səadəti üçün Yer kürəsində haqq nizamın və adil düzənin qurulması təmin edən görüşdür. Dünyada baş verən bu ədalətsizliklərə qarşı bütün insanların tək ümidi, millətin özü, inancı, kimliyi və ruh köküdür Milli görüş.

-Milli görüşün əsas xüsusiyyətləri hansılardır?

-Mİlli görüş haqqı üstün tutan görüşdür, yəni bu gün dünyada haqq ilə batilin müharibəsində özünü haqq tərəfində göstərən görüşdür. Zalıma dur deyib, məzlumun yanında olan görüşdür. Haqsızlığa qarşı, haqlı olanın yanında olmaqdır. Yəni, güclü haqsızın deyil, gücsüz haqının yanında olmaq deməkdir. Kölə düzənin bitib insanların insan olaraq yaşamasını istəyən bir görüşdür. Əxlaq və mənəviyyatı üstün tutan bir görüşdür. İlk öncə əxlaq və mənəviyyat deyərək yetişən nəslin təlim və təhsilini bitirərək vətənə, millətə faydalı olmaq üçün çalışmasını təmin edən bir görüşdür. Nəfs tərbiyəsini üstün tutan bir görüşdür Milli Görüş.

-Milli görüşçü kimdir?

-Milli görüşçü sadaladığımız bütün özəlliklərə sahib olan, həmçinin hidayət, dirayət və fərasət sahibi olandır.

-Bəs sadaladığınız keyfiyyətlər haqda nə deyə bilərsiz?

-Hidayət doğru ilə yanlışı bir-birindən ayırd edə bilməkdir. Fərasət xeyirlə şəri bir-birindən ayırd etməkdir. Dirayət isə bildiyi bütün doğru olanları, düzgün olanları, xeyirli olanları sonuna qədər müdafiə etmək və Yer üzərinə hakim qılmaqdır.

-Milli görüşün kökü, qaynağı haradan gəlir?

-Müsəlmanlara zamanında bir təklif etmişlər:Sizlərdə yəhudi və xristian olun ki, doğru yolu tapasınız. Onlar isə cavabında xeyir: Biz DOĞRU YOL olan İbrahimin dininə tabe olacağıq və o əsla zalım olmayıb. Yəni Milli görüşün kökü Peyğəmbərlərin və Peyğəmbərimizin yoludur.

-Azərbaycanda milli görüşçülər və ya milli görüşçülərin təmsil olunduğu partiya varmı?

-Mİlli Görüşün Azərbaycandakı tək partiyası qurulmaqda olan DOĞRU YOL PARTİYASIDIR.

Söhbətləşdi: İmran Kərimli

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir