Milli Qəhrəman Mübariz İbrahimov haqqında FİLM – Türkiyə çəkəcək
Azərbaycanın Mili Qəhrəmanı Mübariz İbrahimovun həyatı haqqında film çəkiləcək.
Bu barədə Bizimsesimiz.info Türkiyə mətbuatına istinadən məlumat verir.
Məlumata əsasən, filmin çəkilişlərinə yaxın vaxtlarda başlanacaq.
Türkiyənin “Rend Medya” şirkəti tərəfindən çəkiləcək filmdə azərbaycanlı və türkiyəli aktyorlar rol alacaq.