Türkiyədə 3 il əvvəl girişinə qadağa qoyulmuş Vikipediya elektron ensiklopediyası tezliklə fəaliyyətini davam etdirəcək.

Axar.az xəbər verir ki, Türkiyə Konstitusiya Məhkəməsinin bununla bağlı çıxardığı qərar İnformasiya Texnologiyaları və Rabitə Qurumuna göndərildikdən sonra Vikipediya əhalinin istifadəsinə veriləcək.

Qeyd edək ki, bir qədər əvvəl Türkiyə Konstitusiya Məhkəməsi Vikipediyaya girişə qoyulmuş qadağanın ifadə azadlığına əngəl törətməsi haqda qərar çıxarıb.

Məlumat üçün bildirək ki, 2017-ci il aprelin 29-dan etibarən Türkiyədə Vikipediyaya girişə qadağa qoyulub. Buna səbəb kimi Vikipediyada terroru dəstəkləyən yazıların olması göstərilib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here