İnsanlar axın-axın,
Insanlar dəstə-dəstə,
Qırıb yolun damarın,
Ağı deyib ahəstə
Üz tutub gəlirdilər,
Mir Sədi ocağına
Mir Məhəmməd ölən gün.
*
Göy də,yer də titrədi,
Nalə çəkdi dağ-dərə.
Göz yaşını axıtdı,
Bərguşad,Həkəri də
Mir Məhəmməd ölən gün.
*
Sözün sehrini bilən,
Vətənin,xalqın sevən,
Xəstəyə şəfa verən
Tarın simin dindirən,
Böyüklə,böyük olub,
Kiçiyə sirdaş olan,
Bizim xrman yerində,
Bizimlə top oynayan,
Bizlərə yoldaş olan,
Əvəzsiz insan öldü
Mir Məhəmməd ölən gün.
*
Sevginin gücünə bax,
Tanrının mələkləri,
Girib quş cilidinə
Qanad çalıb gəldilər,
Məhəmmədin dəfninə
Mir Məhəmməd ölən gün.
*
O gùndən 39 il keçir.
O gùn,bu gùnkù kimi yaddaşımdadr.
Allah bùtùn haqqa qovuşanlarımıza rəhmət eyləsin.
*

İmadəddin Səlim

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here