Mir Məhəmməd ölən gün
MİR MƏHƏMMƏD AĞANIN ƏZİZ XATİRƏSİNƏ İTHAF EDİRƏM
İnsanlar axın-axın
İnsanlar dəstə-dəstə,
Qırıb yolun damarın,
Ağı deyib ahəstə
Üz tutb gəlirdilər
Mirsədi ocağına.
Mir Məhəmməd ölən gün.
Göy də, yer də titrədi
Nalə çəkdi dağ-dərə,
Göz yaşını axıtdı
Bərgüşad, həkəri də
Mir Məhəmməd ölən gün
Sözün sehrini bilən
Vətənin, xalqın sevən
Xəstəyə şəfa verən,
Tarın simin dindirən
Böyüklə böyük olub
Kiçiyə sirdaş olan,
Bizim xırman yerində
Bizimlə top oynayan
Bizlərə yoldaş olan
Əvəzsiz insan öldü
Mir Məhəmməd ölən gün.
Sevginin gücünə bax
Tanrının mələkləri
Girib quş cildinə
Qanad çalıb gəldilər
Məhəmmədin dəfninə
Mir Məhəmməd ölən gün.
İmadəddin SƏLİM, Qarabağ Qazisi
A, drug dependent stimulation of the aromatase promoter II luciferase reporter Aro Luc in JEG3 cells transfected with mSF 1 with expression confirmed inset buy cheap generic cialis uk