Misir rəhbərliyi qalmaqala səbəb olan səhv buraxıb. Misir məktəblərində paylanılan Sosial Məlumatlar kitabında Fələstin xəritədən silinib, yerinə İsrail rejimi qoyulub. Xəritədə, Kipr üçün də yalnız Yunan rəhbərliyinin bayrağı istifadə edilib. Misirli vətəndaşlar Milli Təhsil Nazirliyinə müraciət edərək problemin həll edilməsini istəyib.

Orta məktəb 2-ci sinif şagirdlərinin kitabında yer alan qalmaqal xəritədə, bayraqlarla göstərilən ölkə sərhədlərində Fələstin bayrağı yer almır.

Misir mətbuatında gedən xəbərə görə, kitab, ölkə daxilindəki bir neçə məktəbə paylanıb. Buna görə də misirli müəllimlər bunu böhran kimi qiymətləndirib.

İsrail bayrağının Fələstin torpaqları üzərində göstərildiyi xəritə: //eastnews.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here