Misir Prezidenti: Türkiyə də Qətər kimi blokadaya alınmalıdır
Bizimsesimiz.info // “Qətərə tətbiq edilən sanksiyalar Türkiyəni də əhatə etməlidir”.
“Yeniavaz.com”un “CNN Türk” telekanalına istinadən verdiyi məlumata görə, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi deyib. Onun sözlərinə görə, Qətər böhranında rəsmi Dohaya dəstək verən və regionda dialoqa çağırış edən Türkiyə də blokadaya alınmalıdır. Misir Prezidenti bu məsələni Qahirədə Bəhreyn Kralı Hamad bin İsa əl-Xəlifə görüşdüyü zamanı gündəmə gətirib. Bəhreyn Kralı isə həmin görüşdə regiondakı mövcud vəziyyətdən çıxmaq üçün ölkənin xarici işlər naziri Xəlid bin Əhməd bin Məhəmməd əl-Xalini Türkiyəyə göndərəcəyini bəyan edib.