Misir rəsmisi Qəzzaya yollandı

Bizimsesimiz.info // Misirin Kəşfiyyat Xidmətinin rəisi Xalid Fəvzi Qəzza zolağına səfər edib.

Xalid Fəvzi Qəzza zolağında Fələstinin baş naziri Rami Həmdullah ilə görüşüb.

Qəzza zolağına Beyt Xanun sərhəd qapısından daxil olan Xalid Fəvzi Rami Həmdullaha Misirdə hərbi çevriliş ilə hakimiyyətə gələn Əbdülfəttah əs-Sisinin mesajı olan səs yazısını dinlədib.

Sisi mesajında vurğulayıb ki, Qəzza zolağında Milli Birlik Hökumətinin qurulmasını Misir hökuməti dəstəkləyir. //eastnews.org

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.