Misirdə 33 minə yaxın tarixi əsər yox olubdur

Bizimsesimiz.info // Misir Tarixi İşlər Nazirliyinin verdiyi yazılı məlumatda bildirilir ki, inventar yoxlaması zamanı son 50 ildə 32 min 638 tarixi əsərin yoxa çıxdığı qeyd edilib. İtmiş əsərləri tapmaq üçün müvafiq beynəlxalq qurum və təşkilatlara müraciət edilib, o cümlədən “İnterpol”la iş birliyi qurma qərarı verilib.

Qiymətli əşyaların necə itdiyi barədə Nazirlik bunların 25 Yanvar İnqilabından sonra qeyri-sabitlik dövründə olma ehtimalını qeyd edib.

Misir hökuməti onu da bildirib ki, qaçırılan əsərlərin bəziləri müəyyən dövrlərdə ölkəyə geri gətirilib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.